Ramil Usubovdan daha bir yeni təyinatbackend

Ramil Usubovdan daha bir yeni təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mingəçevir şəhər Polis Şöbəsi rəisinin xidmət üzrə müavini vəzifəsinə yeni təyinat olub.
Editor.az “oxu.az”a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Rövşən Babayev təyinat alıb.
Qeyd edək ki, o, bundan əvvəl Göyçay RPŞ-də eyni vəzifəni icra edib.