ABŞ “Müsəlman qardaşlığı”nı terrorçu qruplaşma elan edəcəkbackend

ABŞ “Müsəlman qardaşlığı”nı terrorçu qruplaşma elan edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın administrasiyası “Müsəlman qardaşlığı” hərəkatını terrorçu qruplaşmalar siyahısına daxil etməyə hazırlaşır.

BBC-nin məlumatına görə, bu haqda Ağ Ev bəyanat yayıb.

Müvafiq sənədin imzalanmasından sonra Misirin ən qədim İslam hərəkatına qarşı iqtisadi və səyahət sanksiyaları tətbiq olunacaq. Hərəkatın Yaxın Şərqdə bir milyondan çox üzvü var.

Qeyd edək ki, Ağ Ev bu planı açıqlamazdan bir neçə həftə əvvəl, Misir prezidenti Əbdülfəttah Əs-Sissi Vaşinqtona səfər edərək, bir sıra beynəlxalq və regional məsələlər, o cümlədən, terrora qarşı mübarizə ilə bağlı Donald Trampla müzakirələr aparmışdı.

//oxu.az