İranlı generaldan qonşu ölkələrə XƏBƏRDARLIQbackend

İranlı generaldan qonşu ölkələrə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər.

Bunu  İran İslam Respublikasının “Xatəmul Ənbiya” qərargahının komandiri general-mayor Qulam Əli Rəşid  bəyan edib:

“Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”.

o bildirib ki, İran regionda müharibə arzulamır:

“Çünki bu ABŞ-ın və sionist rejimin maraqlarına xidmət edərdi, lakin biz lazım gələrsə  hər zaman təcavüskara qarşı dayanmaq gücünə malikik”.