Qətər, ABŞ-ın İrana qarşı sanksiyalarını sərtləşdirmək qərarı ilə bağlı narazılığıni bildiribbackend

Qətər, ABŞ-ın İrana qarşı sanksiyalarını sərtləşdirmək qərarı ilə bağlı narazılığıni bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər, ABŞ-ın İrana qarşı neft sanksiyalarını sərtləşdirmək qərarı ilə razı deyil.

bu barədə Qətərin xarici işlər naziri Məhəmmhə ben Abdel Rəhman əl Tani deyib.

Onun sözlərinə görə, sanksiyalar genişləndirilməməlidir, çünki bu, İran neftindən istifadə edən ölkələrə mənfi təsir göstərir:

“Biz hesab etmirik ki, birtərəfli sanksiyalar dialoq yolu ilə və yalnız dialoq yolu həll edilməli olan böhranlara müsbət təsir edəcəkdir”.

Qeyd edək ki, ABŞ ötən ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edən zaman bir sıra ölkəyə (Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Türkiyə) yarım il ərzində İran neftini almağa icazə vermişdi. Donald Tramp İrana qarşı sanksiyalarla həmin ölkələrə tətbiq edilən istisnanı maydan uzatmayacağını bəyan edib.

//Trend