Halı pisləşib küçədə yıxılan kişiyə polislər kömək etdilər

10:49 | 2 May, 2019

Goranboyda halı pisləşən şəxsin həyatını yol polisləri xilas ediblər.

Goranboy sakini Bilal İsmayılovun halı küçədə gedərkən qəfil pisləşib. Hadisə yerinə Təcili Yardım  çağırılıb. Lakin onların gecikdiyini görən yol polisləri küçədə yıxılmış adamı özləri xəstəxanaya çatdırıblar.

Vaxtında göstərilən yardım nəticəsində Bilal İsmayılovun vəziyyəti sabitləşib.

//oxu.az