12 avtomobili əzən “Gelandewagen”in sürücüsü saxlanıldıbackend

12 avtomobili əzən “Gelandewagen”in sürücüsü saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən “Gelandewagen” markalı avtomobilin sürücüsü müəyyən edilib.
Editor.az Trend-ə istinadən xəbər verir ki,  hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən sürücü saxlanılıb.
Hazırda hadisənin hansı şəraitdə törədilməsi ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində “Gelandewagen” markalı avtomobil avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 avtomobilə ziyan vurub.