Səfirlik: “Azərbaycanı maraqlandıran məsələlərlə bağlı Səudiyyə Ərəbistanının mövqeyi dəyişməzdir”backend

Səfirlik: “Azərbaycanı maraqlandıran məsələlərlə bağlı Səudiyyə Ərəbistanının mövqeyi dəyişməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyi açıqlama yayıb.

səfirlikdən verilən məlumata görə, son zamanlar bəzi sosial şəbəkə və etibarsız kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, guya Səudiyyə Ərəbistanı Krallığının Amerika Birləşmiş Ştatlarındakı səfiri, Osmanlı dövləti zamanında “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Konqresindəki qətnamə layihəsinə Krallığın dəstək verdiyini bildirib.

Səfirlik bildirir ki, qardaş Azərbaycan Respublikasının maraqlandıran məsələlərlə bağlı Krallığın mövqeyi dəyişməzdir. Bütün bu deyilənlər həqiqətə uyğun deyil və xanım səfir indiyə kimi Konqresin heç bir üzvü ilə görüşməyib, bu məsələ ilə bağlı heç bir açıqlama verməyib:

“Qeyd olunan saytlar və qəzetlər Krallıq və onun mövqeyi barədə yanlış məlumat yaymaqla Səudiyyə Ərəbistanı Krallığı ilə müsəlman dövlətlərin arasını vurmağa çalışaraq, öz şəxsi maraq və məqsədləri üçün onları qızışdırmaq və parçalamaq niyyəti güdürlər”.

//Trend