Valverde: “Messi oyunun nəticəsinə qərar verdi”backend

Valverde: “Messi oyunun nəticəsinə qərar verdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liverpulun” da qol vura biləcəyi epizodları oldu. Hesabda geri düşə, uduza bilərdik. İkinci hissədə kiçik dəyişikliklər etdik və onlar işimizə yaradı. Çox güclü bir komandaya qarşı matçda möhtəşəm nəticə əldə etdik.

bu sözləri “Barselona”nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının yarımfinalında “Liverpul”a 3:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.

“Bu matçda bizə vuruşmaq lazım idi və biz qalib gəldik. Qol buraxmamaq üçün tərləmək lazım oldu”, – o bildirib.

İspan mütəxəssis “Liverpul”un möhtəşəm komanda olduğunu bildirib: “Onlara qarşı oynayacağımız daha 90 dəqiqə var. Ötən mövsüm 1/4 finalda üç qol üstünlüyümüz olmasına baxmayaraq, mübarizəni dayandırmışdıq. Ona görə intriqa hələ davam edir. “Liverpul” işimizi çətinləşdirəcək”.

 

O, “Livrepul”a qarşı matçda dubla imza atan Lionel Messi haqda da danışıb: “Messi təəccübləndirməkdən heç vaxt imtina etmir. O, bizim kapitanımızıdır. Bu gün də oyununun nəticəsinə Messi qərar verdi və zəfəri bizə gətirdi. O, bir daha sübut etdi ki, komandanın lideridir. Messinin ikinci qolu vurub-vurmayacağını bilmirdim. Bilmirəm, o, bunu necə edir. Amma həmişə bizə lazım olanda özünü göstərir”.

//qol.az