“”Zenit”dən ayrılmağa və vətəndaşlığımı dəyişdiyimə görə peşman deyiləm” – Ramil Şeydayevbackend

“”Zenit”dən ayrılmağa və vətəndaşlığımı dəyişdiyimə görə peşman deyiləm” – Ramil Şeydayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Krylya Sovetov”da çıxış edən Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev növbəti dəfə Azərbaycan millisini seçməyə peşman olmadığını bildirib.

23 yaşlı hücumçu qol vurduqda yox, komandaya qələbə qazandırdıqda böyük müsbət emosiya aldığın qeyd edib. O, AVRO-2020-nin seçmə mərhələsində güclü qrupa düşdüklərini bildirib: “O vaxt da bildirmişdim, indi də eyni sözləri deyirəm: Rusiya “Zenit”ini tərk etməyimə və vətəndaşlığımı dəyişməyimə peşman deyiləm. Qiymətsiz təcrübə qazandım. Hər şey yaxşıdır. Qrupumuzda Macarıstan Xorvatiyanı yendi, biz dünya vitse-çempionlarından az qala xal alacaqdıq. Unutmayaq ki, gələn Avropa çempionatının oyunları Bakıda da keçiriləcək. Bu səbəbdən, hər bir oyunda qələbə üçün oynamağa çalışırıq”.

Yayda “Krylya Sovetov”la müqaviləsi bitəcək Şeydayev gələcək planlarını hələ müəyyənləşdirmədiyini də açıqlayıb. Lakin o, “Zenit”ə qayıtma variantına müsbət yanaşdığını əlavə edib: “Açığı, hazırda “Krylya Sovetov”da yalnız mövsümün sonluğuna köklənmişik. Gələcək planlarımızı çempionat bitdikdən sonra müəyyənləşdirəcəyik. “Zenit”dən “evə qayıt” zəngi gəlsə, bundan məmnun olaram”.

Qeyd edək ki, Ramil Şeydayev Azərbaycan vətədaşlığını 2016-cı ildə qəbul edib.

//goal.az