backend

Konfederasiyalar Kubokunun sahibi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Konfederasiyalar Kubokuna yekun vuruldu. gün ərzində həm üçüncü yerin sahibi, həm də çempionun adına aydınlıq gəldi.
Əvvəlcə bürünc medalın taleyi həll olunub. Portuqaliya Meksika ilə üz-üzə gəlib. Yarımfinalda Çiliyə oyunsonrası penalti seriyasında uduzan pirineylilər bu dəfə şansı əldən verməyiblər. Olduqca gərgin və mübarizə şəraitində keçən matçı Portuqaliya 2:1 hesabı ilə qazanıb.
Oyunun ilk dəqiqələrində penalti şansı əldə edən Avropa çempionları bu şansdan yararlana bilməyiblər. Hesabı isə Meksika açıb. 90 dəqiqəyə əlavə olunmuş 3-cü dəqiqədə bəraəbrlik qolunu vuran Pepe komandasını məğlubiyyətdən xilas etməklə matçı əlavə vaxta aparıb.
Əlavə olunmuş vaxtın ilk hissənin sonunda qarşılaşmanın əvvəlində penaltidən istifadə edə bilməyən Silva növbəti belə şansı əldən buraxmayıb. Bu isə komandaya Konfederasiyalar Kubokunun bürünc medalını qazandırıb.
Bakı vaxtı ilə saat 22:00-da diqqətlər Sankt-Peterburqa yönəldi. Konfederasiyalar Kubokunun qalibinin adına aydınlıq gələn oyunda Almaniya ilə Çili qarşılaşdı. Turnirin əsas favoritlərindən biri olan “bundestim”in bu matçdan öncə də şansı yüksək dəyərləndirilirdi. Çili isə penaltilər sayəsində qazandığı final biletinin təsadüfi olmadığını sübut etməli idi.
Rusiyaya əsasən ehtiyat heyətlə yollanan Löv əlindəki bütün futbolçuların xidmətindən istifadə edə bildi. Cənubi amerikalıların da bu sarıdan bir problemi yox idi.
Konfederasiyalar Kuboku – 2017
2 iyul
3-cülük uğrunda oyun
Portuqaliya – Meksika – 2:1 (əlavə vaxt)
Qollar: Pepe, 90+3, A. Silva, 105 (pen.) – Neto, 54 (öz qapısına)
Baş hakim: Fahad Əl Mirdasi
Köməkçilər: Abdullah Əl Şalvay, Muhammed Əl Abakri (hamısı Səudiyyə Ərəbistanı)
Dördüncü hakim: Bakari Qassama (Qambiya)
Moskva, “Spartak Stadionu”
Portuqaliya: 1. Rui Patrisio (q), 19. Eliseu, 18. Martins, 8. Moutinyo, 17. Nani, 4. Neto, 3. Pepe, 13. Pereyra, 16. Pizzi, 11. Semedo, 9. Silva
Ehtiyat oyunçular: 12. Joze Sa (q), 22. Beto (q), 2. Alves, 14. Karvalyo, 21. Sedrik, 6. Fonte, 15. Qomez, 5. Gerrero, 20. Quarejma, 23. Silva A., 10. Silva B.
Meksika: 13. Oçoa (q), 2. Araujo, 14. Çikarito, 18. Quardado, 16. Errera, 7. Layun, 4. Markez, 15. Moreno, 19. Peralta, 21. Reyes, 11. Karlos Vela
Ehtiyat oyunçular: 1. Kota (q), 12. Talavera (q), 20. Akino, 17. Damm, 10. Covanni Dos Santos, 22. Lozano, 23. Osvaldo, 5. Reyes, 3. Selsedo
Final
Çili – Almaniya – 0:1
Qol: Stindl, 20
Baş hakim: Milorad Maziç
Köməkçilər: Milovan Rıstiç, Dalibor Dyurceviç (hamısı Serbiya)
Dördüncü hakim: Damir Skomina (Sloveniya)
Sankt-Peterburq stadionu
//apasport.az