“Messini “Yuventus”un 7 nömrəsi ilə müqayisə etməyin”backend

“Messini “Yuventus”un 7 nömrəsi ilə müqayisə etməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Marsel”in futbolçusu Mario Balotelli “Yuventus”un hücumçusu Kriştianu Ronalduya sataşıb.
Editor.az komanda.az-a istinadən xəbər verir ki, italyan hücumçu, “Barselona”nın Çempionlar Liqasının yarımfinalında “Liverpul”u məğlub etdiyi oyunda cərimə zərbəsindən qol vuran Lionel Messi haqda paylaşım edib. Balotelli “instagram” hesabında etdiyi paylaşımda “Yuventus”un hücumçusu Ronalduya ilişib:
“Messi fenomendir. Futbolun yaxşılığı üçün Messini “Yuventus”un 7 nömrəsi ilə müqayisə etməyin”.
“Barselona”nın “Liverpul”u 3:0 hesabıyla məğlub etdiyi oyunda Messi dubla imza atıb.