Türkiyə sərhədlərində 200 döyüş gəmisi yerləşdirildi:backend

Türkiyə sərhədlərində 200 döyüş gəmisi yerləşdirildi:

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aralıq dənizində Türkiyə sərhədləri yaxınlığında 200 döyüş gəmisi yerləşdirilib. Bizim bu ehtiyatlara çatmağımızı istəmirlər.

bu haqda Kocaeli kitab sərgisində oxucuları ilə görüşən təhlükəsizlik mütəxəssisi Mete Yarar bildirib.

Yeni dünya nizamı mövzusunda danışan Yararın sözlərinə görə, bəzi ölkələr Türkiyənin Aralıq dənizində təbii qaz axtarışları aparmasını istəmirlər.

“Son zamanlar Şərqi Aralıq dənizində təbii qaz və neft ehtiyatları tapılıb. Türkiyənin taleyini dəyişdirəcək ehtiyatların bizə nə qədər yaxında olduğunu bilirik. Aralıq dənizində 200 döyüş gəmisi yerləşdirilib. Bizim bu ehtiyatlara çatmağımızı istəmirlər və bu döyüş gəmiləri sərhədlərimizin yaxınlığında yerləşdirilib. Bu, İkinci dünya müharibəsindən bəri açıq dənizdə yerləşdirilən gəmilərin rekord sayıdır”, – ekspert vurğulayıb.

//publika.az