Lənkəranda ana doğuşdan sonra öldübackend

Lənkəranda ana doğuşdan sonra öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ana ölümü baş verib. 
Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Osaküçə kənd sakini  1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də saat 13 radələrində xəstəxananın doğuş şöbəsinə daxil olub və qeysəriyyə əməliyyatı olunub. Həmin gün qadın və yeni doğulan oğlunun vəziyyəti yaxşı olsa da, mayın 2-də V.Quliyevada daxili qanaxma olub. Buna görə təkrar əməliyyata götürülüb və əməliyyat zamanı vəfat edib.
Lənkəran şəhər Prokurorluğunda araşdırma aparılır.