Narkotiklə tutulan baş redaktordan açıqlama: İşçim edibbackend

Narkotiklə tutulan baş redaktordan açıqlama: İşçim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda narkotik alveri ilə məşğul olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan baş redaktor Şəfəq Ağacan bu gün məhkəmə qarşısına çıxarılacaq.
Editor.az xəbər verir ki, bu barədə baş redaktorun “Facebook” səhifəsində yazılıb.
Ş.Ağacanın adından yazılan məlumatda məhkəmə prosesinin Xətai Rayon Məhkəməsində baş tutacağı qeyd olunub..
Bundan başqa, Ş.Ağacana böhtan atıldığı iddia olunaraq bunlar yazılıb:
“Düşünürəm ki, yanıma planlı yerləşdirilən bir işçimin yardımıyla mənə böyük bir böhtan atılıb və şərlənmişəm. Mən həmişə narkomaniya bəlasına qarşı olan biri olmuşam.
Uzun müddətdir də xəstəlikdən əziyyət çəkirəm və səhhətim yerində deyil”.