SOCAR Bakı-Novorossiysk ilə neft ixracını bərpa etməyi hələlik planlaşdırmırbackend

SOCAR Bakı-Novorossiysk ilə neft ixracını bərpa etməyi hələlik planlaşdırmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR şirkəti (ARDNŞ) Bakı-Novorossiysk neft kəmərində davam edən təmir işləri ilə əlaqədar bu kəmər ilə hələlik neft ixracını bərpa etməyi planlaşdırmır.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi İbrahim Əhmədov məlumat verib.

“Bakı-Novorossiysk neft kəmərində təmir işləri hələlik davam edir. Bununla əlaqədar, bu neft kəmər ilə Azərbaycan neftinin ixracı hələ ki, bərpa olunmayıb”, – İ.Əhmədov qeyd edib.

Eyni zamanda, o, təmir işlərinin başa çatması ilə bağlı mümkün müddət barədə məlumat verməyib.

Öncə İ.Əhmədov bildirib ki, 2019-cu ilin mart ayında SOCAR Bakı-Novorossiysk boru kəmərində qrafikə uyğun təmir işləri ilə əlaqədar neft ixracını dayandırıb. Müfəttiş və təmir işləri dövründə SOCAR-ın neft həcmləri Ceyhana yönəldiləcək.

Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib ki, cari ilin yanvar-aprel aylarında “Transneft” şirkətinin sistemi üzrə Azərbaycandan Novorossiysk limanına 249,71 min ton, o cümlədən apreldə 173 ton neft nəql olunub SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, Azərbaycan 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 1,5 milyon tona qədər neft nəql edəcək.

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.

//Editor.az