“Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində mühəndislər ilə görüş keçirildibackend

“Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində mühəndislər ilə görüş keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gənclər üçün Təhsil Mərkəzi tərəfindən keçirilən “Gələcək üçün” ümumrespublika marafonu növbəti görüşünü Bakı Mühəndislik , Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə keçirib.
Editor.az xəbər verir ki, “Gələcək üçün” ümumrespublika marafonunun məqsədi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərinin gənclər ordusuna təbliğ etməkdir.
Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə qonaqları və tədbir iştirakçılarını salamlayaraq nitqində bildirmişdir ki, rəhbəri olduğum marafonun məqsədi idarəetmə sisteminin modernləşərək vətəndaş yönümlü prinsiplə təşkil olunmasını təbliğat şüarına çevirməkdir. Bu istiqamətdə əsas milli fəaliyyət planı ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır. Məhz bu baxımdan islahatlar Azərbaycan insanının maraqlarına xidmət edir.
Sonra tədbirin təşkilatçılarından olan Sənaye Mühəndislik Klubunun sədri Hümmət Abdullazadə bildirmişdir ki, tələbələrin özünü inkişaf etdirməsi və fərdi təşəbbüsləri bütün ali məktəblər tərəfindən dəstəklənməlidir. Biz də Sənaye Mühəndislik Klubu olaraq tələbələrin inkişafı üçün fəaliyyət göstəririk. Bizim uğurlu tələbə olmağımız uğurlu gənc olmağımız deməkdir. Çünki, biz tələbələr gələcək üçün vətənimizin faydalı insanları olmalıyıq.
“Gələcək üçün” ümumrespublika marafonunun təlimçisi, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda interaktiv metodla məsuliyyətli vətəndaş olmaq, şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera quruculuğunda təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət proqramını tədris edib.
“Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər paytaxt Bakı və Azərbaycanın bütün bölgələrində gənclər arasında keçiriləcək.