Komitə sədri: “Bəşəriyyət elə bir mərhələyə qədəm qoyub ki…”backend

Komitə sədri: “Bəşəriyyət elə bir mərhələyə qədəm qoyub ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəşəriyyət artıq elə bir mərhələyə qədəm qoyub ki, biz multikultural dəyərlərin daha geniş şəkildə qorunmasını təbliğ və təşviq edirik”.

bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, multikultural dəyərlər yeni ideyalar deyil:

“Xüsusilə son dövrlər bəzi siyasətçilər multikultural dəyərlərin müasir dövr üçün əlverişli olmadığı fikrini təlqin edirdilər. Lakin multikultural dəyərlərin gün keçdikcə əhəmiyyəti artır”.

M.Qurbanlı qeyd edib ki, bu gün ölkədə 2500-dən çox məscid, 33 qeyri-müsəlman dini icması var.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla isə bildirib ki, Azərbaycanda bütün milli azlıqlar özlərini rahat hiss edir, heç kim özünü yad hiss etmir: “Bu siyasi xətt Azərbaycan dövlətinin əsas hədəflərindən biridir. Azərbaycan multikulturalizmi barədə çox danışmaq olar. Azərbaycan multikulturalizmi ölkəmiz haqqında təsəvvürü olmayan insanlar üçün belə mayak kimi işıq saçır”.

//Trend