“Donetsk Respublikası”nda Rusiya pasportu üçün uzun növbəbackend

“Donetsk Respublikası”nda Rusiya pasportu üçün uzun növbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Donetsk Xalq Respublikası”nda sadələşmiş sistemlə Rusiya pasportu almaq üçün uzun növbələr müşahidə olunur.

Sənəd qəbulu yerli vaxtla 09.00-dan etibarən başlayıb.

Hələ qəbul başlanmamış yerli DİN Miqrasiya xidmətinin binası qarşısına 80 mindən çox adam toplaşıb.

Qeyd olunur ki, bəzi insanlar səhər saat 5.30-dan etibarən növbə tutmağa çalışıb.

Xatırladaq ki, aprelin 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Luqansk və Donetsk vilayəti sakinlərinə Rusiya Federasiyası vətəndaşı pasportlarının verilişi qaydalarının sadələşdirilməsi ilə bağlı fərman imzalayıb.

Prezident bildirib ki, Moskvanın Kiyev üçün hər hansı problem yaratmaq niyyəti olmasa da, Donbasda insan haqları ilə bağlı vəziyyət bütün sərhədləri keçib.

Rusiya DİN məlumatına görə, vətəndaşlığın alınması ilə bağlı ərizələri “DXR” və “LXR”dəki səlahiyyətli şəxslər qəbul edəcək, toplanmış ərizələrə Rostov vilayətində baxılacaq. Sənədlərin verilişi də həmin bölgədə həyata keçiriləcək.

Rəsmiləşmə prosesinin üç aya yaxın çəkəcəyi bildirilir. Nazirlikdən bildirilib ki, Rusiya pasportu əldə etmək istəyən sakinlərin Ukrayna vətəndaşlığından imtina etməsi tələb olunmayacaq.

//Editor.az