Avroliqanın Bakı finalının vaxtı açıqlandı – gecə başlayacaq

16:37 | 3 May, 2019
Avropa Liqasının finalının başlama saatı müəyyənləşib.
Editor.az qol.az-a istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə gecə saat 23.00-da (Avropa vaxtı ilə 21.00) başlanacaq.
Bu qərar finala bütün Avropa ölkələrinin daha rahat vaxtda baxması üçün verilib.
Qeyd edək ki, artıq UEFA-nın rəsmi saytı da matçın göstərilən vaxtda başlanacağını təsdiqləyib.