Putinlə Tramp telefonla 90 dəqiqə nədən danışdılar?backend

Putinlə Tramp telefonla 90 dəqiqə nədən danışdılar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın telefon danışığı olub.

rusiyalı liderin mətbuat katibi Dmitri Peskovun məlumatına görə, Putinlə Trampın telefon söhbəti  90 dəqiqə davam edib.

Prezidentlər Şimali Koreya və Venesueladakı vəziyyəti, Rusiya, ABŞ və Çin arasında mümkün nüvə razılaşmasını, həmçinin, Müllerin məruzəsini müzakirə ediblər.

Verilən məlumata görə, söhbət zamanı Trampın Şimali Koreya lideri Kim Çın Inla görüşü xüsusi müzakirə olunub. Tramp Putindən Şimali Koreyaya nüvə silahlarının azaldılması üçün təzyiq göstərməyi xahiş edib.

Söhbət zamanı Ukrayna mövzusuna toxunan Putin bildirib ki, Ukraynanın yeni seçilmiş prezidenti Minsk sazişinə əməl etməyin vacibliyini anlamalıdır.