Əli İnsanov – başına kəfən salmış qisasçı qoca… TƏRS BAXIŞbackend

Əli İnsanov – başına kəfən salmış qisasçı qoca… TƏRS BAXIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxud, gözünü qan örtmüş siyasətçi gəlir

Hələ həbsdən çıxar-çıxmaz xarici ölkə və qurumlar qarşısında dərhal baş əyərək, əslində həbsə olduğu müddətdə dəyişilmədiyini, nə qədər hikkəli, qisasçı, o cümlədən, anti-humanist ünsür olduğunu sübuta yetirən sabiq səhiyyə naziri Əli İnsanov indi də özünü necə deyərlər, siyasi arenada görməyə başlayıb. Hətta o özünü o qədər siyasətdə görür ki, başında hazır vəziyyətdə sarınmış kəfənini belə hiss etmir. Qoca və qoca olduqca da ağlını itirmiş birinin sərsəmləmələri isə ictimai rəydə ümumiyyətlə ciddi qəbul olunmur. Bir ayağı burda, o biri ayağı da gorda olan birinin bu qədər güvənli şəkildə ortalığa çıxıb var-gəl etməsi arxasında isə bir sıra əmmalar dayanır…

Əmmalardan biri budur ki, Əli İnsanov həbsdən çıxarkən dövlətin humanizm siyasətinə deyil, xarici qurum və təşkilatlara, hətta Amerikanın dövlət başçısına minnətdarlıq etməsi artıq onun siyasi fahişələr sırasında yer almasını təsdiqlədi – yəni satıldığını məhz həmin ifadələrlə etiraf etdi.

Radikallar indi onun maliyyə imkanlarını əldə edib, siyasi cəhətdən kökəlməyə can atırlar

Digər əmma isə, onun həbsdən çıxarkən, orta statistik ailənin bir illik azuqə xərclərini belə kölgədə qoyan bahalı brend geyimləri oldu. Əcəba, əgər o, xəyanət etməmişdisə, dövlət malını çapıb-talamamışdısa, başından ayağınadək qiyməti 50 min dollara olan brend geyimləri hansı vəsaitlərlə əldə edib? Bütün bunlar öz yerində və zaman-zaman həmin məsələlərə də geri dönəcəyik.

Ancaq onun qisaçılıq hissləri ilə alışıb-yanması və siyasətə gəlmək iddiası həqiqətən də bir çoxlarında maraq doğurur. Sual edilir ki, ona bu məsələdə dəstək göstərənlər kimlərdir? Əlbəttə, bu sualın cavabını uzun-uzadı şəkildə arayıb-axtarmağa da ehtiyac-filan yoxdur. Cavab bəsitdir – radikal, dağıdıcı təfəkkürə malik anti-milli müxalifət!

Biz xatırlaya bilərik ki, Əli İnsanovu hazırda daha çox özünə cəlb etməyə çalışanlar sırasında bilavasitə ölkədəki sabitliyin, əminamanlığın, inkişafın pozulmasını istəyən ünsürlər dayanırlar. Burada “Milli Şura”-AXCP cütlüyünü və s. siyasi çevrələri göstərmək olar. Maraq isə budur ki, Azərbaycanda vətəndaş qarşıdurması yaransın və həmin qarşıdurmaların yaradılması üçün erməni lobbisinin maliyyələşdirdiyi xarici qurumlar daha çox pul-para səpələsinlər. Əlbəttə ki, qazanc mənbəyi kimi elə Əli İnsanovdan da maksimum qaydada istifadə olunsun. Bu, heç də təəccüblü məsələ deyil və əgər bir vaxtlar sabiq səhiyyə naziri ilə bağlı bir kəlmə də danışmayan Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və s. radikallar indi onun maliyyə imkanlarını əldə edib, siyasi cəhətdən kökəlməyə can atırlar. Ancaq qoca və əldən düşmüş “inəyin” süd verməsi də inandırıcı görünmür…

Belə olan halda, başına dolaşmış kəfəni onu siyasi məzarlığa doğru sürətlə itələməyə, sürükləməyə başlayır

Fəqət, sifariş verilib və bu sifarişin kökündə xarici qüvvələr daha çox canfəşanlıq edirlər. Ə.İnsanov isə bir reallığı, aksiomanı anlaya bilmir ki, onun daxilini parçalayan və ölümünü sürətləndirən qisasçılıq siyasəti fəlakəti daha da yaxınlaşdıdır. Daha dəqiq desək, onun üzündəki cəhənnəmlik siması özü-özlüyündə hər bir gerçəkliyi göstərir. Çünki müdrik qocaların üzlərinfə nur olar və onlar sülh, barış, sabitlik üçün həyat sürərlər, cəhənnəmlik İnsanov isə öz davranışları, diş qıcamaları ilə yalnız müdrik olmadığını deyil, həm də axmaq və sərsəm qoca obrazını da açıq-aşkar canlandırır. Belə olan halda, başına dolaşmış kəfəni onu siyasi məzarlığa doğru sürətlə itələməyə, sürükləməyə başlayır.

Bu gün onun başında ağıl və düşüncəsi olsaydı, hazırda dəstək aldığı radikal və dağıdıcı müxalifətin qısa zamanda onu dar ayaqda qoyub, sözün əsl mənasında məhv edəcəyini də anlayardı. Çünki həmin müxalifət də ermənilərin sifarişlərini həyata keçirir, İnsanovu isə özünə ehtiyat variant olaraq saxlayır. Söz yox ki, elə İnsanovun özü də erməni lobbisinin maraq dairəsindədir və bu reallıq özünü daha çox göstərməyə başlayıb. Lakin fakt, faktlığında qalır – bütün hallarda siyasətə qisasçı qoca gəlir və onun missiyası ermənilərlə, ermənilərə nökərçilik edənlərlə birgə qisas almaqdan ibarətdir. Amma boş yerə özünü dağa-daşa çırpır. Çünki alınmayacaq, ona görə alınmayacaq ki, müdrik və uzaqgörən Azərbaycan xalqı belə ünsürləri çoxdan öz dəftərindən silərək, bir kənara atıb.

Rövşən NURƏDDİNOĞLU