Qadın müəllim 10 yaşlı şagirdi ilə intim münasibətdə oldu – 1 ildir ki, sevgiliymişlər

10:49 | 4 May, 2019

10 yaşlı şagidrini zorlayan qadın müəllim saxlanılıb.

ABŞ-ın Luiziana ştatındakı “Lake Charles Charter Academy”də müəllim işləyən 34 yaşlı Deidre R. Smith azyaşlı şagirdinə qarşı əxlaqsızlıq edib.

Məktəb müdirinin müəllimlə bağlı şikayətindən sonra saxlanılan Deidre-nin 10 yaşlı şagirdi ilə sevgili olduğu aşkarlanıb.

Məlum olub ki, onlar bir ildən çoxdur ki, intim münasibətdə olurlar. Qadın müəllim 50 min dollar ödədikdən sonra şərti azadlığa buraxılıb.

Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.

//milli.az