İran prezidentinin qardaşı haqqında həbs qərarı çıxarılıbbackend

İran prezidentinin qardaşı haqqında həbs qərarı çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Həsən Ruhaninin qardaşı və prezidentin xüsusi köməkçisi Hüseyn Firudin haqqında həbs qərarı çıxarılıb.

Bunu dövlət işçilərinin məhkəmə idarəsinin başçısı seyid Həmidrza Hüsreyni deyib.

Onun sözlərinə görə, məhkəmə H. Firudin haqqında olan ittihamların bəzisi haqqında bəraət qərarı çıxarıb, bəzi ittihamlarla əlaqədar isə həbs qərarı qəbul edib.

H. Hüseyni deyib ki, qərardan apelyasiya şikayəti verilə bilər. Bu baxımdan həbs qərarı ilə bağlı detalları açıqlaya bilmərəm.

O deyib ki, H. Firudin haqqında digər istintaq işləri də var ki, hələlik məhkəməyə göndərilməyib.

//ONA