Paytaxtda iki əsas avtomagistralda sürət həddi endirildi – Yağısa görəbackend

Paytaxtda iki əsas avtomagistralda sürət həddi endirildi – Yağısa görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının əsas magistral avtomobil yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyyatlı olmağı tövsiyyə edirik.

//trend