Baş nazir: Gürcüstan hökumətində dəyişiklik gözlənilmirbackend

Baş nazir: Gürcüstan hökumətində dəyişiklik gözlənilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Gürcüstan hökumətində hər hansı bir dəyişiklik gözlənilmir.

bu sözləri jurnalistlərə Gürcüstanın Baş naziri Mamuka Baxtadze söyləyib.

O deyib ki, 2019-2020-ci illərdə planlaşdırılmış layihələrin reallaşdırılması ilə bağlı dövlət büdcəsində vəsait nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsi üçün sürətli islahatlar lazımdır. Hər bir nazirlik qarşısında konkret vəzifələr qoyulub.

“Biz bir komanda olaraq bu vəzifələrin öhdəsindən gəlməliyik. Lakin əgər hər hansı bir nazir lazımi sürətdən geri qalsa, vəzifəsindən kənarlaşdırılacaq”, – deyə M.Baxtadze vurğulayıb.

Bir neçə gün əvvəl M.Baxtadze iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobulianı vəzfəsindən azad edib.

//Azertac