Deputat yaşayış binasının həyətində odlu silahdan atəş açdı

19:50 | 5 May, 2019

Rusiya Dövlət Dumasının deputatı Dmitri İonun yaşayış binasının həyətində silahdan atəş açıb.

Sverdlovsk əyalətinin Kamışlov şəhərində qeydə alınan hadisə sakinlərdən biri tərəfindən videoya çəkilib. Avtomobilinin yük yerindən silah çıxaran İonin havaya atəş açıb. Deputat görüntüdəki atəş açan şəxsin özü olmadığını iddia edib:

“Bir nəfər köməkçimə yaxınlaşıb ona oyuncaq silah verdi. Havaya atıb, güldülər. Polis bizə yaxınlaşdı. Dedik, məsələ bitib. Sonra yenə mənim avtomobilimi saxlayıb, sorğu-sual etdilər. Şəhərdən çıxışıma 2 saatlıq qadağa qoyuldu”.

//milli.az