Pakistanda sərnişin avtobusu alışıb.
hadisə ölkənin şimalında Pencab vilayətinin Celam şəhərində baş verib.
Hərəkətdə olan sərnişin avtobusunun alışması nəticəsində azı 8 nəfərin yanaraq öldüyü, daha 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirlib.
Ümumilikdə avtobusda 16 nəfər olub, yanğın başlayan zaman 4 nəfər pəncərədən özünü ataraq xilas ola bilib.
Avtobusun Lahordan Ravalpindiyə hərəkət etdiyi qeyd edilir.
Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Polis araşdırmalara başlayıb.
//Trend