Əli Həsənov: “Dağlıq Qarabağ münaqişəsinə bəzi dünya ölkələri ikili standartlarla yanaşır”backend

Əli Həsənov: “Dağlıq Qarabağ münaqişəsinə bəzi dünya ölkələri ikili standartlarla yanaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan xalqının yaşayış tərzi və inkişafı göz qabağındadır.

Bunu Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical” şirkətinin məcburi köçkünlərin görmə qabiliyyətinin yaxşılaşdırılmasında Azərbaycana yardım missiyasının 15-ci ildönümünə həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının yalnız bir problemi var, bu da Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasıdır.

Ə.Həsənov Dağlıq Qarabağ münaqişəsinə bəzi dünya ölkələrinin, beynəlxalq təşkilatların ikili standartlarla yanaşmasına da təəssüflənib: “Çox təəssüf ki, dünyada son 40-50 ildə heç bir münaqişə həll olunmayıb. Bu gün dünyada münaqişələrin sayı 70-ə çatıb və milyonlarla insan münaqişələrdən zərər çəkir. Bu da ona görədir ki, dünyada qəbul olunan qərarlar yalnız kağız üzərində qalır, münaqişələrə yanaşmalarda ikili standartlar var. Biz ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və xalqın gücü ilə həll ediləcək”.

Baş nazirin müavini yapon xalqının yüksək mədəniyyətə sahib olduğunu da söyləyib: “Aprelin 30-da Yaponiya xalqının həyatında əlamətdar hadisə baş verib. Əlahəzrət imperator öz taxt-tacını böyük oğluna təhvil verdi. Bir az əvvəl Yaponiyanın hökuməti belə qərar verdi ki, bu il mayın 1-dən yeni yapon erasına qədəm qoyulsun. Buna görə yapon xalqını və Yaponiyanın ölkəmizdəki səfirini təbrik edirəm”.

//Trend