İqbal Ağazadəyə 165 min manat “atdılar” – Məhkəməbackend

İqbal Ağazadəyə 165 min manat “atdılar” – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə ona qarşı dələduzluq edən şəxsi bağışlayıb.
Bu gün hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə İ.Ağazadə ifadə verərək bildirib ki, təqsirləndirilən S.Tağıyev tərəfindən ona qarşı 165 min manatlıq dələduz edilib: “Ziyan tam ödənilib. Şikayət və tələbim yoxdur”.
İqbal Ağazadə təqsirləndirilən şəxsi bağışladığını deyib. Proses  mayın 10-da davam edədək.
Qeyd edək ki, S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
///BakuPost