Poroşenko Ukrayna Prokurorluğuna çağırılırbackend

Poroşenko Ukrayna Prokurorluğuna çağırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Baş Prokurorluğu prezidenti Pyotr Poroşenkonu dindirmək niyyətindədir.

Bu barədə “Ukrainskie Novosti” agentliyi qurumun xüsusi araşdırmalar üzrə idarənin rəisi Sergey Qorbatyuka istinadən xəbər verir.

Poroşenko “Avromaydan”da insanların ölümü ilə bağlı iş üzrə şahid kimi dindiriləcək.

Qeyd edirlər ki, müstəntiqlər Poroşenkonu sabah dindirmək istəyirlər.

Prezident, həmçinin 2016-cı ilin noyabr ayında olan sorğu protokolunu da imzalamalıdır.

Xatırladaq ki, daha əvvəl Poroşenko bəyan etmişdi ki, “Avromeydan” zamanı şəxsən ölənlərin nəşinin ərazidən çıxarılmasına, yaralılara yardım edib.

“Avromeydan” Kiyevdə 2013-cü il dekabrın 21-də Ukrayna və Avropa İttifaqı arasında assosiasiya barədə razılaşmanın imzalanmasına hazırlığın dayandırılmasına etiraz olaraq başlamış kütləvi aksiyalar silsiləsinə deyilir. Aksiyaların nəticəsi olaraq prezident Viktor Yanukoviç istefa verib və hakimiyyətə Pyotr Poroşenko gəlib.

//Sputnik Azərbaycan