Eldar Əzizov: “Bakının yeni inkişaf strategiyası müəyyən edilməlidir”backend

Eldar Əzizov: “Bakının yeni inkişaf strategiyası müəyyən edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı ən gözəl şəhərlərin sırasındadır.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Memarlar İttifaqı İdarə Heyətinin Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə “Bakının şəhərsalma inkişafı” mövzusunda keçirdiyi plenumda deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və Bakı Prezident İlham Əliyevin sərəncamları ilə aparılan işlər nəticəsində ciddi şəkildə inkişaf edir:

“Bakı yalnız inkişaf etməyib, o, keyfiyyətcə də yeni səviyyəyə yüksəlib. Bu gün Bakı ən gözəl şəhərlər sırasındadır. Bütün bunları qoruyub saxlamaq üçün yeni inkişaf strategiyası müəyyən edilməlidir. Bu gün Bakının baş planı hazırlanır. Sürətli və ciddi inkişaf bəzi problemlərin yaranmasına da səbəb olur. Onları həll etmək, ehtiyacları müəyyən etmək çox vacibdir

//Trend