Azərbaycana giriş vizalarının rüsumu ölkədən asılı olaraq dəyişəcəkbackend

Azərbaycana giriş vizalarının rüsumu ölkədən asılı olaraq dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 7-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Mövcud qanunun 17-ci maddəsinə əlavə bənd artırılır.

Əlavə olunan 17.8-ci bəndə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunun 16.1.7-ci maddəsinə görə, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.

//Oxu.Az