Tərtər sakini rüsvayçı məlumatlarla şantaj edildi – Rəsmibackend

Tərtər sakini rüsvayçı məlumatlarla şantaj edildi – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayon sakini rüsvayedici məlumatlarla şantaj olunub.

Bərdə rayon polis şöbəsinə müraciət edən Tərtər sakini A.Abdullayev mayın 6-da həmyerlisi T.Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 1500 manat pul tələb etməsini bildirib.

Müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

//teleqraf