Sabah 32 dərəcə isti olacaqbackend

Sabah 32 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
8 mayda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz  26-28 dərəcə isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütununu, nisbi rütubət gecə 60-70, gündüz  45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz  27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə  isti təşkil edəcək.