Qoşa Qala qapılarının bərpasına başlanılıb – Fotobackend

Qoşa Qala qapılarının bərpasına başlanılıb – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpasına başlayıb.
İdarədən Editor.az-a verilən məlumata görə, bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.
Layihəyə əsasən, 2019-cu ildə Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Hazırda Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır.