10 yaşlı qızı maşın vurdu

01:51 | 9 May, 2019

Ucar rayonunda azyaşlı qızı maşın vurub.

Ucar rayonu ərazisində rayon sakini, 2009-cu il təvəllüdlü Tağıyeva Turan Aruz qızı yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

//Trend