Bakının bu ərazilərində işıq olmayacaqbackend

Bakının bu ərazilərində işıq olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün saat 13:30-dan 16:00-dək Xırdalan şəhərinin Quşçuluq massivi, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ – sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.
Editor.az xəbər verir ki, bu barədə “Report”a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, fasilə 110 kVt-luq 5-ci Xırdalan hava xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Yaranmış narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir.
BAKU.WS