Fərid Şahbazlı Türkiyə televiziyasına Ulu Öndər Heydər Əliyevdən danışıb-FOTO/VİDEObackend

Fərid Şahbazlı Türkiyə televiziyasına Ulu Öndər Heydər Əliyevdən danışıb-FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Türkiyənin Ulusal Televiziyasının “Günaydın Türkiyə” proqramının qonağı olub. Bir çox mövzuların müzakirə olunduğu proqramda ilk olaraq anadan olmasının 96-cı ildönümündə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.

Fərid Şahbazlı televiziya proqramında çıxış edərək deyib ki, Ulu Öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycanın memarıdır. O qeyd edib ki, Ulu Öndərin hakimiyyətə gəldiyi dönəmdə daxili parçalanmalar və iqtisadi böhranla üz-üzə qalan Azərbaycan məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində güclü və nüfuzlu bir dövlətə çevrilib. Onun şəxsi nüfuzuna və dünya siyasətindəki roluna görə, böyük iqtisadi sərmayəçilər Azərbaycana diqqət göstərməyə başlayıb. Əsrin Müqaviləsi olaraq adlandırılan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşması məhz onun adı ilə bağlıdır.

F.Şahbazlı vurğulayıb ki, Türk dünyasının böyük liderlərindən olan Heydər Əliyevin fəaliyyəti yalnız Azərbaycanın inkişafına deyil, eyni zamanda bütün Türk dünyasının birlik və bərabərliyinə yönəlib. Heydər Əliyev bütün fəaliyyəti boyu Türkiyə ilə əlaqələrə böyük diqqət göstərib.

//Editor.az