İtkin düşən alpinistlərin adı əbədiləşdirildi – FOTObackend

İtkin düşən alpinistlərin adı əbədiləşdirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ilin dekabrın 23-də itkin düşən, bir müddət sonra isə meyitləri tapılan azərbaycanlı alpinistlərin adı əbədiləşdirilib.

bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Xəbərə görə, hər üç gəncin – Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirə lövhəsi itkin düşdükləri Mahmuddərə ərazisində dağa bərkidilib.

Xatırladaq ki, N.Bünyatov, F.Cəbrayılzadə və Babur Hüseynov 2017-ci ilin dekabr ayında Qubanın Xınalıq kəndi ərazisindən Tufandağ istiqamətində yürüşə çıxıblar. Onlar Mahmuddərə adlanan ərazidə uçquna düşüblər. Axtarışları uzun müddət davam edib.

//oxu.az