UEFA Mxitaryanın Bakıya gəlməsi barədəbackend

UEFA Mxitaryanın Bakıya gəlməsi barədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final mərhələsinə vəsiqə qazanan “Arsenal” klubunun formasını geyinən erməni futbolçu Henrix Mxitaryanın ölkəmizə gəlib-gəlməməsi ilə bağlı müzakirələr bitmək bilmir. 

UEFA bu məsələ ilə bağlı bəyanat yayıb.

Qurum erməni futbolçunun Azərbaycana gəlməsində heç bir problemin olmadığını bildirib.

“Bu, UEFA üçün standart prosedurdur. Assosiasiyalara, klublara və ya səfirliklərə futbolçuya viza verilməsi və UEFA-nın himayəsi altında keçirilən futbolda iştirak imkanı yaradılması üçün məktubla müraciət edilib.

Biz bu məsələ ilə bağlı Azərbaycan tərəfinə müraciət etmişik. Azərbaycan Futbol Federasiyası Assosiasiyası təsdiq edib ki, bu futbolçunun Azərbaycana gəlişi və qayıdışı ilə bağlı heç bir problemi olmayacaq və təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görüləcək”, – UEFA-nın mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Bakıda keçiriləcək final oyununda iki London klubu üz-üzə gələcək. Yarımfinalda Almaniyanın “Ayntraxt” klubunu penaltilər seriyasında məğlub edən “Çelsi” turnirin qalibi olmaq üçün İspaniya “Valensiya”sını yenən “Arsenal”ı sınağa çəkəcək.

//oxu.az