İranla gərginlik: ABŞ Yaxın Şərqə ordu yığırbackend

İranla gərginlik: ABŞ Yaxın Şərqə ordu yığır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranla gərginləşən münasibətlər fonunda ABŞ Yaxın Şərqə Patriot hava müdafiə sistemləri və döyüş gəmisi göndərir.

BBC-nin məlumatına görə, bu haqda Pentaqon məlumat yayıb.

Amfibiya tipli zirehli texnika və  helikopterlər daşıyan “USS Arlington” gəmisi bundan əvvəl İran körfəzinə göndərilmiş “USS Abraham Lincoln” zərbəçi dəniz qrupuna qoşulacaq.

Pentaqon eyni zamanda bildirib ki, artıq “B-52” bombardmançıları ABŞ-ın Qətərdəki hava bazasına çatıb.

ABŞ Müdafiə Nazirliyi qeyd edir ki, bu addım regionda olan ABŞ hərbi kontingentinə İrandan qaynaqlanan təhdidlərlə əlaqədardır.

Bu arada, rəsmi Tehran təhdidlə bağlı bildirilənləri cəfəngiyyat adlandıraraq, ABŞ-ın ölkəyə xof gəlmə yolu ilə psixoloji müharibə apardığını bəyan edib.

//Editor.az