Azərbaycan Premyer Liqasında mövsümün son turubackend

Azərbaycan Premyer Liqasında mövsümün son turu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Topaz Premyer Liqasında 2018/2019 mövsümünə yekun vurulacaq.

son turun bütün oyunları eyni gündə keçiriləcək.

Əvvəlcə üçüncü pilləni təmin edən “Səbail” turniri sonuncu bitirəcəyi dəqiqləşən “Keşlə”ni qəbul edəcək.

Daha sonra “Zirə” “Sabah”ın, “Qəbələ” isə “Sumqayıt”ın qonağı olacaq.

Turun mərkəzi görüşündə ardıcıl altıncı çempionluğu ötən tur rəsmiləşdirən “Qarabağ”  gümüş mükafatçı “Neftçi” ilə qarşılaşacaq. “Bakcell Arena”da oynanılacaq matçdan sonra  2018/2019 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

11 may (şənbə)

15:00. “Səbail” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
“ASCO Arena”

16:00. “Sabah” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
“Əlincə Arena”

16:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən
“Kapital Bank Arena”

18:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
“Bakcell Arena”

//qol.az