Türkmənbaşı baş nazirin müavinini cəzalandırdıbackend

Türkmənbaşı baş nazirin müavinini cəzalandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov baş nazirin müavini Bahargül Abdıyevaya töhmət verib.

Türkmənistanın hökumətyönümlü qəzetlərindən olan Neytralnı Türkmenistan-ın yazdığına görə, töhmət Abdıyevanın bir sıra məmurlarına işinə lazımı səviyyədə nəzarət etməməsi ilə əlaqədar verilib. Abdıyeva mədəniyyət və KİV-lə bağlı məsələlərə nəzarət edir.

Məlumata görə,  qeyd olunan sahələrdə nizam-intizam səviyyəsinin aşağı düşməsi Berdiməhəmmədovun diqqətindən yayınmayıb.

Bu arada Dövlət nəşriyyat xidmətinin rəhbəri Akmurat Xudayberdiyevə isə sonuncu dəfə xəbərdar edilməklə şiddətli töhmət verilib.

//oxu.az