Gəncədə son vəziyyət necədir? – İcra Hakimiyyətindən açıqlamabackend

Gəncədə son vəziyyət necədir? – İcra Hakimiyyətindən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar artıq səngiyib.

bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin sözçüsü Gülnar Fazilqızı bildirib. Onun sözlərinə görə, yağan yağışlar şəhərdə elə də ciddi fəsadlar törətməyib:

“Hazırda yağış kəsib və şəhər mərkəzində elə bir problem yoxdur. Nizami və Kəpəz rayonlarından hər hansısa bir ciddi fəsadla bağlı xəbər gəlməyib”.

Qeyd edək ki, ötən gündən başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin Nizami və Kəpəz rayonlarında bəzi ərazilər yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Gəncə Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası yağış suları dolmuş ərazilərə cəlb olunub.

//trend