İranlı axund namaz xütbəsində ABŞ-a meydan oxudu: Gəmini bircə raketlə məhv edərikbackend

İranlı axund namaz xütbəsində ABŞ-a meydan oxudu: Gəmini bircə raketlə məhv edərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər ABŞ-ın təyyarə daşıyan hərbi gəmisi İrana qarşı hansısa bir addım atarsa, bircə raketlə məhv ediləcək”.

bunu İsfahan şəhərinin cümə namazının rəhbəri axund Yusif Təbatəbai Nejad namaz xütbələrindəki çıxışında ABŞ-ın təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisinin bölgəyə göndərilməsinə münasibət bildirərkən deyib.

O, əlavə edib ki, ABŞ belə bir addım atarsa, ölkə rəsmilərinin qəbul etdiyi qərar özünü gözlətməyəcək: “Belə bir durumda, hər şey əziz rəhbərimizin əlində olacaq və qərarı da o verəcək. Biz hamımız rəhbərimizin arxasında dayanmışıq və düşmənlər də heç bir qələt edə bilməyəcəklər”.

//Ona