Çinin sürətlə böyüməsi Putinlə Trampı birləşdirir – Şərhbackend

Çinin sürətlə böyüməsi Putinlə Trampı birləşdirir – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Çin “kölgə şəklində” öz ÜDM, iqtisadi artımına görə dünya birincisi olan ABŞ-ı arxada qoyur və bu da ABŞ-ı çox narahat edir.

Editor.az bildirir ki, bu sözləri Axar.az-a ABŞ-ın Çin mallarının gömrük rüsumunu artırmasına münasibət bildirən politoloq Zaur Məmmədov deyib. O bildirib ki, gömrük rüsumunun qalxmasını Çinə siyasi və iqtisadi təzyiq aləti kimi qiymətləndirir:

“Tramp seçkilər zamanı öz iqtisadiyyat konsepsiyasını açıqlamışdı. Buna əsasən Amerika, nə qədər qəribə səslənsə də, daha proteksionist siyasət yürütməli idi. Bu, daxili bazarın aktivləşməsi və rəqabətə davamlı olmasına əsaslanıb. Uzun illərdi ABŞ digər məsələlərlə məşğul olaraq Pekini bir qədər kənarda saxlamışdı. Çinin bugunkü inkişafa gəlib çatmasının ən böyük səbəbi də budur. Hazırda tərəflər arasında danışıqlar gedir. Çin Vaşinqtonun istədiyi təməl şərtlərlə razılaşacaq”.

Politoloq onu da qeyd edib ki, ABŞ-ın Çin mallarına olan gömrük rüsumunu qaldırması Rusiyanın da maraqlarına cavab verir:

“Çinə qarşı ABŞ tərəfindən gömrük rüsumlarının tətbiqi və Çinin iqtisadi artımının zəifləməsi Putinin də maraqlarına cavab verir. Ümumiyyətlə, yaxın bir neçə ildə beynəlxalq proseslərdə və konfiqurasiyada Tramp-Putin razılaşması mühüm rol oynaya bilər”.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Çindən idxal etdiyi məhsulların gömrük vergisini 10 faizdən 25 faizə qədər artırıb.