Binəli Yıldırımdan bir cümləlik cavab: Oğurladılarbackend

Binəli Yıldırımdan bir cümləlik cavab: Oğurladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım vətəndaşın seçkilərin niyə ləğv edildiyinə dair sualına bir cümlə ilə cavabı geniş müzakirələrə səbəb olub.

Bİnəli Yıldırım özü qısa dialoqu sosial şəbəkələrdəki hesabından paylaşıb.

O, “seçkilər niyə ləğv edildi” sualını belə cavablayıb: “Çox sadə, çünki oğurladılar”.

Qeyd edək ki, İstanbulda yeni bələdiyyə seçkiləri iyunun 23-də keçiriləcək.

//Teleqraf.com