Ərdoğandan müğənnilərə xəbərdarlıq: Yaltaqlıq etməyin!backend

Ərdoğandan müğənnilərə xəbərdarlıq: Yaltaqlıq etməyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbullular 23 iyunda seçki qutularından səsləri oğurlayanların, üstəlik də çevriliş hədəsi gələnlərin cavabını verəcək.

bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Taksimdə çıxışı zamanı deyib.

“Ana müxalifətin rəhbərliyindəki şəxsin təhdidləri bəllidir. Bununla bağlı etiraz səsi yoxdur. Seçki qutusundan qorxan siyasətçilərin olduğu tək yer ölkəmizdir. Əgər bir seçki yenilənirsə, demək ki, orada demokratiya vardır. Milli iradə hər şeyimizdir. Sonuna qədər müdafiə edəcəyik. İnşallah, seçkilərin ən təhlükəsiz şəraitdə keçirilməsini təmin edəcəyik”, – deyə dövlət başçısı bildirib.

Ərdoğan həmçinin bu məsələdə sənət adamlarının mövqeyinə də aydınlıq gətirib.

Türk lider vurğulayıb ki, sənət adamları arasında ayrı-seçkilik salınır:

“Sənətçi sənəti ilə danışar. Belə insanlara yaltaqlıq etməz. Bizə qədər film dünyası ilə bağlı qanuni tənzimləmələr yox idi, onu yaratdıq. Bundan sonra bizə təşəkkür edəcəksən, ardınca da onlara (müxalif nəzərdə tutulur) yaltaqlanacaqsan. Bunu necə izah edək?!”

//axar.az