“İndi müğənniləri otellərə aparırlar” – Zeynəb Dostəliyevabackend

“İndi müğənniləri otellərə aparırlar” – Zeynəb Dostəliyeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müğənni Zeynəb Dostəliyeva “Bizimləsən” verilişində səsləndirdiyi fikirlərlə gündəm yaradıb.
Editor.az Baku.ws-ə istinadən xəbər verir ki, Dostəliyeva özünü sənətə təsadüfi gələnlərlə eyni sırada görmədiyini bildirib:
“Maral Tahirqızının yeri dəlixanadır. Vallah, onun başı çatmır. Elə oxumaq olur? Nə geyimini bilir, nə danışığını, nə oturuşunu. Onu müğənni hesab edirsizsə, o zaman sabahdan mən müğənniliyi atıram.
Rəhmətlik Nəzakət Məmmədova ilə biz ikimiz qastrol səfərlərində oxuyanda, o vaxt gedib qonaq evində qalırdıq. Nə tualeti, nə də əl yumağa yeri var idi. indi müğənniləri otellərə aparırlar. Qastrollara gedəndə oteldə qalırsız.
Məni indi verilişə təmənnasız çağırmısınız. Kanallar var ki, deyəndə elə qiymət oxuyurlar ki… O pulu ancaq yaxşı, gündə bir sponsor tapan qızlar verə bilər”.