Bakıda kişi məktəbli qızı oğurlayıb, təcavüz etdibackend

Bakıda kişi məktəbli qızı oğurlayıb, təcavüz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Bakıda oğurlanmış 14 yaşlı məktəbli qız tapılıb.

Sabunçu rayon 12 saylı polis bölməsinin əməkdaşları mayın 9-da Ramanadan qaçırılmış qızın yerini aşkarlayıb.

İnformasiyaya görə, qaçıran şəxs qızı Suraxanı rayonu ərazisində saxlayıb. Həmin şəxsin qızı zorladığı bildirilir. Hüquq-mühafizə orqanı əməkdaşları qızı evinə qaytarıb.

Faktla bağlı 30 yaşlı Astara rayon sakini Dadaşov Ramil İsrafil oğlu saxlanılıb. Onun barəsində CM-nin 144 (adam oğruluğu) və 152-ci (16 yaşına çatmamış şəxslə cinsi əlaqə) maddələri üzrə cinayət işi açılıb.

Məlum olub ki, Dadaşovun bundan əvvəl də azyaşlının zorlanması, xuliqanlıqla bağlı məhkumluğu olub.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü T.M. mayın 9-da 13.00 radələrində qaçırılmışdı.

Qızın 41 yaşlı atası ərizə ilə polisə müraciət etmişdi.

//oxu.az